AZ

Rusiya neftinə qiymət tavanı tətbiqindən sonra 800 tanker “kölgəyə çəkilib”

Qərb ölkələrinin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanı işləmir.

Musavat.com xəbər verir ki, bu barədə gəmi sahiblərinin sığortaçılarının beynəlxalq assosiasiyası olan The International Group of P&I Clubs adından Britaniya parlamentinin saytında dərc edilmiş bəyanatda deyilir. Qurum okean gəmilərinin daşımalarının 87 faizini əhatə edən 12 sığorta assosiasiyasını birləşdirir.

Bəyanatda deyilir: "Neftə qiymət həddi getdikcə daha çox yerinə yetirilməz görünür, çünki daha çox gəmi və əlaqəli xidmətlər paralel ticarətə keçir". Qrupun fikrincə, bu, “Yeddilik Qrupu (G7) çərçivəsində fəaliyyət göstərən təşkilatlara ciddi məhdudiyyətlər və uyğunluq öhdəlikləri qoyan rejimin tətbiqinin birbaşa nəticəsidir”.

Bir qrup sığortaçı hesab edir ki, məhdudiyyətlərin tətbiqindən sonra “800-ə yaxın tanker” onların xidmətlərindən istifadə etməyi dayandırıb. Sığortaçılar etiraf edirlər: "Bu, əslində neftin qiymət tavanının tətbiqini və effektivliyini azaldacaq".

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
5
Mənbələr
Şərh ()
Bağla