AZ

Etibarnamə ilə satılmış avtomobilin əsl sahibi kimdir?

Redaksiyamıza şikayət  ünvanlanıb. 

Rəsul Həmzətov adlı vətəndaş bildirib ki, etibarnamə ilə  13 min manata avtomobil alıb. Həmin şəxs vəfat edib və indi avtomobili satan şəxsin övladları  maşını geri almaq istəyirlər.

Bu nə dərəcədə doğrudur?

Hit. Az-ın sualını cavablandıran hüquqşünas Elvin Babayev bildirib ki, bu sənəd alqı-satqını təsdiqləmir, etibarnamə onu verən şəxs vəfat etdikdə qüvvədən düşmüş sayılır.  Humanizm  nəzəri ilə baxsaq vəfat edən şəxsin övladları haqsızdır, amma qanun baxımından haqlıdırlar:

“Yəni avtomobili etibarnamə ilə satmış şəxs vəfat etdikdə, onun verdiyi etibarnamə öz qüvvəsini artıq itirib. Bu ilk hal deyil. Tez-tez avtomobilin universal və ya baş etibarnamə ilə alınmasından problemlər yaranır və söhbət məhkəmə ilə nəticələnir.  Avtomobil etibarnamə ilə alınıbsa, alqı-satqı faktiki olaraq baş tutmuş olsa da, hüquqi cəhətdən baş tutmuş sayılmır. Yəni mülkiyyət hüququ yenə də avtomobilin hüquqi sahibində qalır”,- deyən hüquqşünas əlavə edib ki, etibarnamə  heç də etibarlı sənəd deyil".

Murad

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
36
Mənbələr
Şərh ()
Bağla