AZ

Ruanq vulkanı yenidən püskürdü

İndoneziyada Ruanq vulkanı yenidən püskürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya İdarəsi məlumat yayıb. Bildirilib ki, atmosferə 19 kilometr hündürlükdə kül dumanı yayılıb.

Qeyd edək ki, Ruanq artıq apreldə səkkiz dəfə püskürüb. Bundan əvvəl adadan 828 sakin təxliyə edilib.

Ölən və yaralananlar barədə məlumat verilmir. Vulkanın ərazisində təhlükə səviyyəsi ölkədə qəbul edilən təsnifata uyğun olaraq maksimum dörd səviyyəyə qaldırılıb. İndoneziya hətta Manado şəhərindəki hava limanını bağlayıb, 40-dan çox aviareys təxirə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
2
nocomment.az

3Mənbələr