AZ

Polis atılmış körpəni xilas etdi: 20 ildən sonra yenidən bir araya gəldilər - FOTOLAR

ABŞ İndiana ştatında polis leytenantı Gen Eyster iyirmi üç il əvvəl atılmış körpəni xilas edib. Bu yaxınlarda tale onları yenidən bir araya gətirib.

 

Sfera.az bildirir ki, bütün bu müddət ərzində Gen Eyster uşağın taleyi haqqında düşünüb və həyatının necə keçdiyini öyrənmək istəyib.

 

22 dekabr 2000-ci ildə Eysterə Cefferson küçəsindəki yaşayış binasının dəhlizində karton qutuda tapılan yeni doğulmuş körpə haqqında zəng gəlib. Ədyala və ipək köynəyə bükülmüş körpəni yerli kollec tələbələri görüblər. Uşağın yanında heç bir qeyd tapılmayıb.

 

Xəstəxanaya gedərkən polis məmuru körpəni bir az da təsəlli etmək üçün onun yanına oyuncaq ayı qoyub. Gen körpəyə ​​"Kiçik İsa" adı verib. Bu ad Miladdan bir neçə gün əvvəl baş vermiş hadisəni simvolizə edirdi.


Körpə daha sonra himayədar valideynlərə təhvil verilib və Eyster qismən rahatlıq tapıb. Ancaq sonrakı illərdə də o, bu uşağın taleyi haqqında düşünüb və həyatının necə keçdiyini bilmək istəyib.

 

23 il sonra Gen artıq təqaüdə çıxdıqda, onun keçmiş həmkarı Coş Morqan zəng vuraraq "Kiçik İsa"nın onun rəhbərliyi altında yeni işə qəbul olunduğunu bildirib. 

 

23 yaşlı yeniyetmənin adı indi Metyu Hegedus-Stüartdır.

 

Yeganə oğlu Nikolası bu yaxınlarda itirən Gen: 

 

"Mettidə mənə oğlumu xatırladan xüsusiyyətlər görürəm. Çox oxşarlıqlar var" - deyə bildirib.


Metyu isə Jillian adlı xanımla nişanlıdır. Onların 14 aylıq Aspen adlı qızları var. İyun ayında isə bir oğlan yolu gözləyirlər. Metyu:

 

"Bəxtim gətirdi - övladlığa götürən valideynlərim məni yaxşı böyütdülər" - deyir və əlavə edir ki, bəlkə də, çətin həyat şəraitinə və yaxud çıxılmaz vəziyyətdə olduğuna görə onu tərk edən bioloji anasından da incimir.

 

Gen isə Metyudan əla polis olacağına bir an belə şübhə etmir və onunla fəxr etdiyini bildirir.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
3
Mənbələr
Şərh ()
Bağla