AZ

Erməni kilsəsi Paşinyana qarşı aktivləşir: II Qaregin I Aramla danışdı

Erməni kilsəsi Tavuş rayonu istiqamətində işğal olunmuş kəndlərin Azərbaycana qaytarılmasını həzm edə bilmir.

Modern.az xəbər verir ki, erməni din xadimləri baş nazir Nikol Paşinyanın sərhədlərin delimitasiyasına dair qətiyyətli mövqedən çəkinməsi üçün aktivləşib.

Ermənistan KİV-nin məlumatına görə, dünən axşam bütün ermənilərin katolikosu II Qaregin və Böyük Kilikiya Evinin katolikosu I Aram arasındakı telefon danışığı olub. Katalikoslar Ermənistanındakı vəziyyəti müzakirə ediblər.
 

Katolikos II Qaregin və I Aram Ermənistanın ərazi bütövlüyünü və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyin zəruriliyini, həmçinin qeyd olunan məsələlərdə erməni kilsəsinin sarsılmaz öhdəliyini vurğulayıblar.
 

Katolikos I Aram II Qareginə və bütövlükdə Eçmiədzin kilsəsinə tam dəstəyini ifadə edib.

Erməni mənbələr yazır ki, bu aralar hökumətlə kilsə arasındakı ixtilaf dərinləşir.

Hüquqşünas Ruben Melikyan bildirib ki, parlament erməni kilsəsinə qarşı “hibrid müharibə”yə başlayıb.

Bəzi ekspertlər katolikoslar II Qaregin və I Aramın dünənki anlaşmasının Paşinyan hökumətinə qarşı aktivləşmə olduğunu bildiriblər.

İkinci Qarabağ müharibəsinin nəticələrindən dərs almayan erməni kilsəsi öz xalqını revanşizmə meylləndirmək üçün xüsusi canfəşanlığa davam edir. Kilsə rəhbərləri xüsusilə ermənilərin Qarabağa qayıtmasında maraqlıdırlar.

Qeyd edək ki, hazırda dünyada iki erməni kilsəsi fəaliyyət göstərir. Bu kilsələrə iki katolikos rəhbərlik edir. Biri Ermənistandakı Eçmiəzdin kilsəsində, digəri isə Livandakı Kilikiya kilsəsində əyləşir.

Eçmiəzdin Kilsəsinə katalikos II Qaregin rəhbərlik edir. Onun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna və digər keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar, habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir.

Kilikiya kilsəsinə isə katalikos I Aram rəhbərlik edir. Kilikiya katalikosluğu Livan, Suriya və Kiprdəki erməni yeparxiyasını idarə edir.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
18
Mənbələr
Şərh ()
Bağla