- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Xalq Bank XalqKartı pulsuz əldə etmək imkanı yaradan kampaniyanı davam etdirir. 1-31 may tarixlərdə XalqKart Petrol və XalqKart Cashback kartları müştərilərə ilkin mədaxilsiz və xidmət haqqı ödəmədən, yəni pulsuz təqdim ediləcək.
Xatırladaq ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər.
Fins.az xəbər verir ki, XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər. Qeyd edək ki, kampaniyaya ayrılmış kart sayı məhduddur.
XalqKartı Bankın filiallarında, yaxud //cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, //www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.