AZ

Hadise “Qalatasaray”lı futbolçu ilə eşq yaşayır?

Türkiyəli məşhur müğənni Hadise futbolçu Lukas Torreyra ilə sevgili olduğu ilə bağlı yayılan iddialara cavab verib. 

RTV Türkiyə KİV-ə istinadən xəbər verir ki,futbolçunun Hadisenin konsertlərinə getməsi, bundan əlavə ifaçının "Qalatasaray"ın tribunalarında dəfələrlə görünməsi onların birlikdə olması barədə şayiələrə səbəb olub.

Hadise ilk dəfə bu iddialarına cavab verib.

"Bəli, məni dinləməyə gəlmişdi. Lukas mənim çox yaxın dostumdur. Bildiyiniz kimi, həmişə matç olanda baxmağa gedirəm.  Futbol oyunlarını izləməyi xoşlayıram", - deyə o etiraf edib.

Bununla belə o, eşq məsələsi olmadığını söyləyib.

"Ümumiyyətlə, hazırda həyatımda sevgi yoxdur, aşiq deyiləm", - deyərək Hadise iddialara son qoyub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
128
7
news24.az

9Mənbələr