Bu barədə Demokrat.az-a Tovuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq davam etdirilir.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Mənbələr
-
yenipress.azQadını benzinlə yandıran məmur oğlu həbs edildi ( 6003676)
-
sitat.infoQadını benzinlə yandıran məmur oğlu həbs edildi ( 5999731)
-
avtosfer.azTovuzda tanışının üstünə benzin töküb yandıran şəxs həbs olundu ( 5982793)
-
azpolitika.infoRasim Tağıyevin oğlu həbs edildi ( 5979283)
-
ekologiya.azMəmur oğlu qadının üstünə benzin töküb belə yandırdı... - TƏCİLİ XƏBƏR/FOTO ( 5975503)
-
qlobal.netSabiq məmurun oğlu qadının üstünə benzin töküb yandırdı... - TƏFƏRRÜAT - FOTO ( 5973793)
-
sfera.azSabiq məmurun oğlu qadının üstünə benzin töküb yandırdı... - TƏFƏRRÜAT + FOTO ( 5970049)
-
editor.azRasim Tağıyevin oğlu həbs edildi ( 5968684)
-
poliqon.azRasim Tağıyevin oğlu həbs edildi ( 5968510)
-
demokrat.azRasim Tağıyevin oğlu həbs edildi ( 5968381)