AZ

Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir

Azərbaycan Prezidenti İlham Əliyev işğal dövründə ermənilər tərəfindən tarixi-dini abidələrimizin dağıdıldığını qeyd edərək hazırda həmin ərazilərimizdə aparılan genişmiqyaslı bərpa işləri çərçivəsində yeni məscidlərin inşa edildiyini, dağıdılanların isə bərpa olunduğunu deyib.

Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edərkən bildirib.

Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri zamanı Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri zamanı Ağdamın Xıdırlı kəndində inşa olunacaq tam orta məktəb binasının təməlinin qoyulmasını dostluq və qardaşlıq əlaqələrimizin təzahürü kimi dəyərləndirib.

Eyni zamanda, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın ölkəmizə rəsmi səfərini məmnunluqla xatırladıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
14
publika.az

10Mənbələr