AZ

"Ukrayna müharibədə qələbə qazanandan sonra NATO-ya daxil olacaq" - Zelenski

"Rusiyanın Ukraynaya qarşı müharibəsinin səbəblərindən biri Ukraynanın NATO üzvü olmaması olub..."
 
"Ukraynanın Rusiyanın təsirindən qopması üçün biz qələbəmizlə öz müstəqilliyimizi qorumalıyıq..."
 
Ukrayna prezidenti Vladimir Zelenski əmindir ki, Ukrayna Rusiya ilə müharibədə qələbə qazandıqdan sonra Şimali Atlantika Müqaviləsinin üzvü olacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Zelenski Alyansın baş katibi Yens Stoltenberqlə birgə NATO standartları üzrə peşəkar hərbi təhsil kursları keçən zabitlərlə görüşündə deyib.
 
"Mənim şəxsi qənaətimə görə, biz yalnız qələbə qazandıqdan sonra NATO-da olacağıq. Mən hesab etmirəm ki, müharibə zamanı bizi NATO-ya qəbul edəcəklər. Bu, NATO üzvlərindən kim üçünsə risk, kim üçünsə, sadəcə, buna görə skepsis deməkdir. 
 
Şübhəsiz ki, Ukraynanın  genişmiqyaslı müharibədən keçən ölkə kimi Alyansa uyğunluğu, hərbçilərinin səviyyəsi və s. baxımdan bu məsələni heç kim qaldırmayacaq. Şübhəsiz, siz və cəbhədəki qardaşlarınız müxtəlif istiqamətlərdə yüksək səviyyəli mütəxəssislərsiniz", - Zelenski vurğulayıb.
 
Prezident əlavə edib ki, Ukraynanın NATO-ya daxil olması Alyansın bütün üzv ölkələrinin yekdil konsensusundan asılıdır.
 
"Əksəriyyət isə siyasi məsələdir. Ukraynanın siyasi cəhətdən Alyansa qəbul edilməsi üçün bizə qələbə gərəkdir", - Zelenski əlavə edib.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsinin səbəblərindən biri Ukraynanın NATO üzvü olmaması olub.
 
"Hələ bir çox illər öncə bəzi üzvlərdə həm də müvafiq skepsis olub, Rusiya bizim tərəfdaşlarımızla güclü iş aparıb, onlar arasında dialoq olub.
 
Rusiya Ukraynanın nəinki NATO-ya, həm də Avropa İttifaqına qəbul edilməməsi üçün, Ukraynanın Rusiyanın təsirindən qopmaması üçün hər şeyi edib. Ona görə də bu təsirdən qopmaq üçün biz qələbəmizlə öz müstəqilliyimizi qorumalıyıq", - o, izah edib.
 
Ukraynanın NATO-ya daxil olması-detallar
 
Aprelin 29-da Kiyevdə Stoltenberq bəyan edib ki, iyul ayında Alyansın Vaşinqtonda keçiriləcək sammitində Ukraynanın Alyansa dəvət edilməsi məsələsində bütün 32 üzv ölkələrinin konsensus əldə edəcəyini gözləmir. 
 
Eyni zamanda o, ümid edib ki, NATO Ukraynanın Alyansa yaxın olmasını nümayiş etdirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
243
40
Mənbələr
Şərh ()
Bağla