Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Hacıkənd Kənd Ərazi İcra Nümayəndəliyi məhkəməyə verilib.
Pravda.az-ın xəbərinə görə, nümayəndəliklə bağlı Gəncə Kommersiya Məhkəməsinə müraciəti "Aqrar Tədarük və Təchizat" ASC edib.
Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr olan iş hakim Gülnaz Quliyevanın icraatındadır.
Xəyal Quliyev
Tarix: 2 May 2024, 08:11