AZ

Evində yanaraq öldü

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu G.Əliyev küçəsi dalan 4, ev 16s ünvanında qeydə alınıb.

Nəticədə evdə yaşayan 1997-ci il təvəllüdlü Viktor Trukin köməksiz vəziyyətdə qalaraq ölüb.

Hadisə ilə bağlı FHN-in Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
6
milli.az

4Mənbələr