AZ

Antalya turizmdə yeni rekorda imza atdı

Bu ilin ilk rübü ərzində Türkiyənin Antalya vilayətinə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,10 faiz artaraq 2 milyon 66 min 962 nəfər olub. Bu göstərici Antalya turizmində bütün zamanların ən yaxşı başlanğıcı olaraq qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına əsasən, aprel ayında da Antalyaya gələn əcnəbi turistlərin sayı rekord həddə çatıb və onların arasında almanlar çoxluq təşkil edib. İlin ilk üç ayında Almaniyadan Antalyaya 539 min 663 turist gəlib. İkinci və üçüncü sırada isə müvafiq olaraq ruslar və ingilislər yer alıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
bizim.media

2Mənbələr