AZ

HƏMAS: “İsraildəki hərbi obyektləri vurduq”

HƏMAS oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarına cavab olaraq Livan sərhədi yaxınlığında İsrail hərbi obyektlərini vurduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, HƏMAS Telegram hesabından verdiyi yazılı açıqlamada İsrailin şimalında, Livanın cənubundan Holit yəhudi yaşayış məntəqəsi yaxınlığında İsrail hərbi hədəflərinin "qısa mənzilli raketlərlə hədəf alındığını" bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 14 min 685-i uşaq, 9 min 670-i qadın olmaqla 34 min 568 fələstinli həlak olub, 77 min 765 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
211
50
Mənbələr
Şərh ()
Bağla