AZ

Türk Mədəniyyəti və İrsi Fondu Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak edəcək

Image

Ortaq türk mədəniyyətinin qorunması və bərpası məsələləri çox əhəmiyyətlidir. Trend xəbər verir ki, bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

“Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. İndi isə Qarabağın əvvəlki ruhunun dirçəldilməsi üçün bərpa və yenidənqurma işlərini həyata keçirir. Bizim fondumuz bu proseslərə öz töhfəsini verməyə çox maraqlıdır. Fondumuz Füzulinin Qoçəhmədli kəndinin bərpasında iştirak etməyə hazırlaşır.

Türk Dövlətləri Azərbaycanın azad edilən ərazilərinin bərpasında iştirak etməkdə maraqlıdır”,- deyə o bildirib.





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
4
baki-xeber.com

6Mənbələr