AZ

Vidadi İsayev Bərdənin Vəliuşağı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonun Vəliuşağı kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Vəliuşağı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verbi
.
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin əkinə yararlı torpaq sahəsinin verilməsi, əlilliyin müəyyən edilməsi, 1 ədəd yeni artezian quyusunun qazılması, fərdi yaşayış evinin təbii qaz ilə təmin olunması, birdəfəlik maddi yardım olunması, kəndə sürətli internet xəttinin çəkilməsi, elektrik enerjisinin verilməsində fasilələr yarandığı üçün kəndin istismar müddəti başa çatmış elektrik şəbəkəsinin kabelləşdirilməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
2
Mənbələr
Şərh ()
Bağla