AZ

Rusiyadan Ermənistana pul axını azalıb - Milli Bank

2024-cü ilin birinci rübündə fiziki şəxslərdən Ermənistana Rusiyadan pul köçürmələrinin xalis axını 2023-cü ilin birinci rübü ilə müqayisədə 40% azalaraq 656,6 milyon dollar olub. 

Yenisabah.az xəbər verir ki, bunu Ermənistan Mərkəzi Bankının pul siyasəti departamentinin rəhbəri Ayk Avetisyan bildirib.

Onun sözlərinə görə, 2023-cü ilin yanvar-mart aylarında bu rəqəm 1,1 milyard dollar olub.

Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan deyib: “Bunun bir hissəsi hesablaşma və ödəniş sisteminin fəaliyyəti ilə bağlı ola bilər, lakin daha böyük və daha təsirli amillər, o cümlədən geosiyasi və iqtisadi amillər də var”.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
yenisabah.az

1Mənbələr