AZ

Türkiyədən Azərbaycana gətirilən pendir yararsız çıxıb - FOTO

Türkiyədən Azərbaycana gətirilən pendir yararsız çıxıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları "Z.N.Y" MMC-nin Türkiyə Respublikasından idxal etdiyi “Kaanlar Gida San. və Tic. A.Ş.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 720 kq “Kaanlar” əmtəə nişanlı mozarella pendiri məhsulu partiyasından nümunələr götürərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub.

Müayinələr nəticəsində məhsul partiyasında “E.coli” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İstehlaka yararsız qida məhsulları məhv edilib.

FOTO QALEREYA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
Mənbələr
Şərh ()
Bağla