AZ

Pedaqoji Universitetdə “Peşəkar ol! – Necə?” layihəsinə başlanılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Enactus” komandası haqqında infosessiya keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, tədbirdə ADPU “Enactus” komandasının prezidenti Şahin Məmmədli, “Enactus Azərbaycan”ın prezidenti Rəşad Zeynalov çıxış ediblər. Qeyd olunub ki, “Enactus” dünya miqyasında biznes və sahibkarlıq layihəsidir. Bu layihədə Azərbaycan universitetləri də bir neçə ildir ki, fəal iştirak edirlər.

Tədbir “Peşəkar ol! – Necə?” layihəsinin rəhbəri və moderatoru Raman İsmayılovun təqdimatı ilə davam edib. Qeyd olunub ki, layihə çərçivəsində ölkənin məşhur təlimçiləri – Rövşən Abdullaoğlu, Orxan Şahbaz, Nəcəf Allahverdiyev, Cəlalə Nəzəroğlu, Təbriz Hacınski və Elxan Sultanlının müxtəlif mövzularda təlimləri keçiriləcək. Təlimlər çərçivəsində “Enactus” komandasının formalaşdırılması prosesi davam edəcək və milli yarışda Pedaqoji Universiteti təmsil edəcək şəxslər müəyyən olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
1
Mənbələr
Şərh ()
Bağla