AZ

Çətirsiz heç yerə gedə bilməzsiniz: Avropanın ən yağışlı şəhərləri

Ancaq yaxşı xəbər var - ən yağışlı şəhərlər də ən dəbdəbəli yaşıllıqlarla öyünür.
QHT.az xəbər verir ki, hava şəraiti tətilimizin necə keçməsinə çox təsir edir. Bəziləri üçün bütün planları cəhənnəm istisi və meşə yanğınları , bəziləri üçün isə aramsız yağışlar və qasırğalar nəticəsində məhv ola bilər. Mütəxəssislər qeyd etdilər ki, güclü yağış həmişə pis bir şey deyil, çünki bu şəhərlərdə çoxlu nəmlik sayəsində turistlərə inanılmaz sulu yaşıl mənzərələr təmin edilir.
Avropanın ən yağışlı 15 şəhəri
1. Bergen, Norveç (ayda orta hesabla 13 yağışlı gün).
2. Sanderlend, İngiltərə, Böyük Britaniya (11 gün).
3. Qlazqo, Şotlandiya, Böyük Britaniya (11 gün).
4. Braşov, Rumıniya (8 gün).
5. Auqsburq, Almaniya (8 gün).
6. Milan, İtaliya (8 gün).
7. Belfast, Şimali İrlandiya, Böyük Britaniya (9 gün).
8. Suonsi, Uels, Böyük Britaniya (8 gün).
9. Lion, Fransa (8 gün).
10. Viqo, İspaniya (7 gün).
11. Sarayevo, Bosniya və Herseqovina (8 gün).
12. Stockport, İngiltərə, Böyük Britaniya (9 gün).
13. Münhen, Almaniya  (8 gün).
14. Kluj-Napoka, Rumıniya  (8 gün).
15. La Korunya, İspaniya (7 gün).
 
Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
19
Mənbələr
Şərh ()
Bağla