AZ

“PAŞA Bank”a yeni baş direktor təyin olundu

“PAŞA

Zibeydə Hacıyeva “PAŞA Bank” ASC-də Baş direktor vəzifəsinə təyin edilib.

1news.az-ın Banker.az-a istinadən məlumatına əsasən, onun təyin olunduğu vəzifə İnsan resursları üzrə baş direktordur. Bu vəzifə çərçivəsində o insan resursları və isdedadların idarə edilməsi funksiyası, “Agile” ekspert mərkəzi, habelə SƏTƏM və inzibatçılıq istiqamətlərinin fəaliyyətini idarə edəcəkdir.

Qeyd edək ki, Z.Hacıyeva 2022-ci ilin fevral ayında “PAŞA Bank”ın heyətinə qoşulub. Onun qeyd edilən tarixdən indiyə qədər İnsan resursları departamentinin direktoru vəzifəsində çalışırdı.

Zibeydə Hacıyeva beynəlxalq və yerli şirkətlərdə insan resurslarının idarə edilməsi sahəsində 20 ilə yaxın təcrübəyə malikdir.

Z.Hacıyeva Bakı Dövlət Universiteti bakalavr dərəcəsinə hüquq üzrə və İngiltərədəki Nottinqem Trent Universitetində kadrların idarə edilməsi üzrə təhsil almişdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
199
2
Mənbələr
Şərh ()
Bağla