AZ

Azərbaycanda 5 ulduzlu hotellərdə orta qiymət 46 %-dən çox artıb

Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-may ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,32 manat təşkil edib.

FED.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 68,37 manat və ya  46,5 % çoxdur.

Ötən ilin müvafiq dövründə isə orta göstərici 146,95 manat idi.

Hesabat dövründə ən yüksək qiymət 309,42 manat olmaqla Qubada qeydə alınıb. 

Ötən ilin eyni dövründə isə rayonda 5 ulduzlu hotel olmayıb.

İkinci yerdə 306,96 manat olmaqla Qəbələ hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 37,74 manat və ya 14 % çoxdur.

5 ulduzlu hotellər arasında üçüncü yeri isə 233,88 manat olmaqla Naftalan tutub. Lakin illik müqayisə  bu rayonda orta qiymət 16,12 manat və y 6,4 % azalıb.

Şamaxıda 5 ulduzlu hotellərdə bir gecə qalmaq 213,80 manata , Bakıda 209,06 manata , Lənkəranda 170,22 manata , Abşeronda 165 manata , Şabranda 153,90 manata, Qaxda 153,74 manata  İsmayıllıda 152,63 manata , Qusarda 108,85 manata, Şəkidə 71,13 manata  başa gəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
116
16
Mənbələr
Şərh ()
Bağla