AZ

Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi - Kamaləddin Qafarov

Bakı. Trend:

Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq tədbirə ev sahibliyiedir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobaltəhlükəsizlik naminə dialoq” mövzusunda VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti İlhamƏliyev xüsusi qeyd etdi ki, tədbirdə 110 ölkədən nümayəndəniniştirak etməsi bir daha Forumun çox mühüm beynəlxalq platformaolduğunu təsdiq edir.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatıKamaləddin Qafarov deyib.

Deputat bildirib ki, dövlət başçısı Forumda müzakirə olunacaqmövzuların da əhəmiyyətini vurğulayıb.

“Sonuncu dəfə 2019-cu ildə Bakıda keçirilmiş Forumdan sonra ötəndövr ərzində dünya heç də təhlükəsiz olmayıb. Dünyada yenimünaqişələrin, yeni qeyri-sabitlik məkanlarının və yeni təhdidlərinsayı artır. Əlbəttə ki, Bakı Forumundan bütün bu qlobalproblemlərin həlli yollarının müəyyən edilməsi məsələsinə dəyərlitöhfələrin veriləcəyi gözlənilir”.

K.Qafarovun fikrincə, qlobal təhlükəsizlik məsələlərininhəllində mədəniyyətlərarası dialoq amili hər zaman önəmli roloynayıb:

“Cənab Prezident İlham Əliyevin nitqində qeyd olunduğu kimi,Azərbaycanın Şərq ilə Qərb arasında yerləşməsi ölkəmizin əsrlərboyu mədəniyyətlərin qovuşduğu məkan kimi formalaşmasınışərtləndirib. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malikolan Azərbaycan cəmiyyəti özündə tolerantlığı, qarşılıqlı hörməti,dostluq və tərəfdaşlıq kimi ən mühüm dəyərləri yaşadıb. Məhz bumüsbət tendensiya da nəticə etibarı ilə Azərbaycanın müstəqil ölkəkimi uğurlu inkişafına zəmin yaradıb.

Mədəniyyətlərarası Dialoq Forumunun da məhz Azərbaycandabaşlanmasının əsas səbəblərdən biri budur ki, bizim ölkəmizdə,cəmiyyətimizdə sülh, sabitlik və həmrəylik mədəni müxtəliflik vəqarşılıqlı hörmətlə qırılmaz tellərlə bağlıdır. Azərbaycandaxilində hər zaman müsbət mədəniyyətlərarası dialoqun mövcudolması da danılmaz faktdır. Dövlət başçımızın dediyi kimi,multikulturalizm Azərbaycan vətəndaşları üçün hansısa bir abstrakt,öyrənməli olacağımız məfhum deyil. Bu, bizim gündəlik həyattərzimizdir”.

Prezident İlham Əliyevin nitqində yeni müstəmləkətendensiyalarına qarşı yer alan fikirlərin əhəmiyyətini vurğulayanK.Qafarov daha sonra deyib:

“Hər zaman olduğu kimi, Prezident İlham Əliyevin çıxışında birçox qlobal məsələlərlə bağlı prinsipial mövqe əks etdirən konkretaçıqlamalar yer almışdır. Dövlət başçısı Azərbaycanın QoşulmamaHərəkatına sədrlik etdiyi müddət ərzində yeni müstəmləkətendensiyalarına qarşı mübarizəni hər zaman təşviq etdiyini diqqətmərkəzinə çəkdi.

Qeyd olundu ki, həmin Təşkilatın üzvlərinin əksər hissəsinin çoxağır, qaranlıq müstəmləkə tarixçəsi olub və buna qarşı mübarizəninaparılması ədalət naminə və beynəlxalq hüququn təmin edilməsi üçünaparılan mübarizədir. Cənab Prezident bir daha öz siyasi iradəsinivə qətiyyətini nümayiş etdirərək XXI əsrdə bəzi Avropa ölkələrinindigər xalqlara müstəmləkə kimi yanaşmasının yolverilməz olduğunubəyan etdi.

Dövlətimizin başçısı açıq mətnlə ondan çox fransız dənizaşırıərazisində həyata keçirilən məcburi assimilyasiya qarşı qətişəkildə etirazını bildirərək, bu vəziyyətə ən qısa zamanda sonqoymağın zəruri olduğunu bildirdi. Bu məsələnin mədəniyyətlərarasıdialoq üçün vacib olduğunu diqqət mərkəzinə çəkən Prezident İlhamƏliyev belə bir məqamla bağlı ikili standartların tətbiq edilməsinəyol verilməyəcəyini vurğuladı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
13
az.trend.az

10Mənbələr