AZ

Ermənistandakı aksiyalar Milli Şuranın mitinqləri kimi bir şeydir - Zərdüşt Əlizadə

"Torpaq mənəvi baxımdan müqəddəsdir. Əgər onun üzərində yaşayırsansa, özünün rahatlığını, təhlükəsizliyini də istəyirsən".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.

Ekspert bildirib ki, mövcud problemlərin həlli üçün bir qədər zamana ehtyac var:

"Təsəvvür edək ki, Azərbaycan dirəniş göstərdi və tezliklə Ermənistan ərazisindəki anklav kəndlərimiz bizə geri qaytarıldı. Bundan sonra ermənilərlə əhatələnmiş həmin kəndlərə vətəndaşlarımız qayıtmalı və orada yaşamalıdır. Erməni qonşuları ilə münasibətlərin daim tənzimlənməsini gözləməlidir”.

Müsahibimiz hesab edir ki, ərazi baxımından mübadilələr mümkündür. Onun sözlərinə görə, yəni ilkin razılaşmalarda müəyyən ölçülərdə ərazi bizdə də qala bilər, ermənilərdə də:

“Aramızdakı ədavət unudulanadək gözləmə mövqeyində olacağıq, sonra təmaslar mümkündür. O zamana kimi Azərbaycan da, Ermənistan da ərazilərini, sərhədlərini tam bərpa edəcəklər".

Zərdüşt Əlizadə: Ərazi baxımından mübadilələr mümkündür

Z.Əlizadə Ermənistanda sərhədlərin müəyyənləşməsinə və sülh prosesinə yönəlik etirazlara da münasibət bildirib. Dediyinə görə, Ermənistanda müəyyən dairələrin təşkilatçılığı hazırlanmış kiçik etirazlar boş və mənasızdır, Azərbaycanda Milli Şuranın mayın 5-nə təyin etdikləri mitinq kimi bir şeydir:

“Məgər nəyisə dəyişmək gündəmdir? Əlbəttə yox. Ermənistandakı etirazlar da eyni məsələdir. Ermənistandakı ədavət istəyən revanşist müxalifətin cəmiyyət içərisində dayaqları yoxdur".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
186
50
Mənbələr
Şərh ()
Bağla