AZ

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - FOTO/VİDEO

Rusiyaya gözlənilmədən qış qayıdıb. Sərhəd qonşumuzun bır sıra regionları əlverişsiz havanın əsarətindədir.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Bildirilir ki, Çuvaşiyada, Udmurtiyada, Tatarıstanda, Perm diyarında, Sverdlovsk vilayətində, Yekaterinburqda səhər saatlarından qar yağmağa başlayıb. Perm-İjevsk şosesi və Çeboksarıdakı mənzərələr isə may ayına deyil, fevraldakına bənzəyir. Kazanda yerli hökumət uşaq bağçalarına, məktəblərə və xəstəxanalara istilik verilməsini bərpa etmək qərarına gəlib.

Mənbə: “Shot” “Telegram” kanalı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
2
Mənbələr
Şərh ()
Bağla