AZ

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatdı - Fotolar

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası minifutbol turnirinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, 2012-2013-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və 2 mərhələdən - rayon və şəhər mərhələlərindən ibarət olan futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə sağlam həyat tərzinin tərbiyə olunması və onların idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki minifutbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1152 gənc idmançının yer aldığı 96 komanda iştirak edib

Turnirin birinci turu aprelin 20-nə kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri  Bakı şəhər mərhələsində yarışıblar. 

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 3-də final oyunları ilə yekun vurulub. Final oyununda Səbail rayonunun “Bayıl” komandası Nizami rayonunun “Flaqman”  komandası görüşüblər. 3 : 2 hesabı ilə qalib gələn Səbail rayonunun “Bayıl” komandası turnirin qalibi olub.

3-cü yer uğrunda yarışda Qaradağ rayonunun “Lök Batan” komandası Xətai rayonunun “Qarabağ” komandasına 6:1 hesabı ilə qalib gəlib.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.








Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
16
qafqazinfo.az

10Mənbələr