AZ

“İrşad” müştərilərinə 5 milyon manatdan çox bonus qazandırıb

Azərbaycanda telefon, elektronika və məişət texnikası satışı üzrə ixtisaslaşan, ən böyük mağazalar şəbəkəsindən olan “İrşad”ın 2022-ci ildə təqdim etdiyi mobil tətbiq istifadəçilərinin qazandığı ümumi bonus məbləği 5 milyon manatı keçib.

Rahat alış-veriş imkanı yaradan və bu prosesdə həm də qazanmaq üçün BONUS sistemini özündə əks etdirən mobil tətbiqdən ilk qeydiyyatdan keçən müştərilər bu günədək 1 milyon 133 min manatdan çox “Xoş gəldin” bonusları qazanıblar. Məlumata görə müştərilər tərəfindən bu bonusların 600 min manata qədəri artıq alış-verişdə istifadə edilib.

Şirkət tərəfindən verilən məlumata görə müştərilər bu günədək nağd alış zamanı 575 min manat, hissəli alış zamanı isə 3 milyon 671 min manat bonus qazanıb. Bununla da “İrşad”dan müştərilərə ümumilikdə 5 milyon 390 min manat bonus verilib. Mobil tətbiqi yükləyən istifadəçi sayı isə son 6 ayda 53 min nəfər artaraq 170 min nəfərə çatıb.

İlkin olaraq mobil tətbiqi yükləyən hər kəs qeydiyyatdan keçdiyi zaman 20 manat "Xoş gəldin” bonusu qazanır. Müştəri mobil tətbiqdən alış etdikdə məhsulun dəyərinin 50 %-nə qədər olan məbləği bonusla ödəyə bilir. Qeyd edək ki, bu, nağd alışla yanaşı, həm də taksit kartları ilə alışa şamil olunur. Üstəlik, mobil tətbiqdən alış-veriş 2 qat bonus qazandırır. Yəni, hər hansı bir məhsul mağaza və ya saytdan alış zamanı 15 manat qazandırırsa, mobil tətbiqdən alışda isə 30 manat qazandıracaq. Qazanılan bonusların son istifadə müddəti yoxdur.

"Irshad" mobil alış-veriş tətbiqinin hansı üstünlükləri var?

- Tətbiqi yükləyib, qeydiyyatdan keçən hər kəsə 20 manat “XOŞ GƏLDİN” bonusu;

- Məhsulun dəyərinin 50 %-nə qədər olan məbləğini bonuslarla ödəmək;

- Alış-veriş edərək, əlavə bonuslar qazanmaq;

- 40 mindən çox məhsul seçimi;

- Bir kliklə sifariş, pulsuz və sürətli çatdırılma;

- Müştəri məlumatlarının Şəxsi Kabinetdən idarə olunması;

- Kampaniyalardan və yeniliklərdən ilk xəbərdar olmaq!

Müştərilər Bonuslardan istifadə qaydaları haqqında daha ətraflı məlumatı istər www.irshad.az saytından, istərsə də mobil tətbiqdə “Şəxsi Kabinet”də yerləşən “Bonus istifadə qaydaları” bölməsindən əldə edə bilərlər. İrşad-ın mobil alış-veriş tətbiqini “App Store” və “Google Play Market”dən yükləmək üçün Klik et!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
10
report.az

10Mənbələr