AZ

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Bakı ilk dəfə güləş üzrə U-23 Avropa çempionatına ev sahibliyi edəcək.

Azərbaycan Güləş Federasiyasından BAKU.NEWS-a verilən məlumata görə, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyi ölkəmizdə keçiriləcək.

32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında təşkil ediləcək.

Proqrama əsasən, qitə çempionatına yunan-Roma güləşçiləri start verəcəklər. Daha sonra olar estafeti qadın güləşçilərə ötürəcəklər. Yarışa sərbəst güləşçilər yekun vuracaqlar. Görüşlər hər gün saat 10:30-da start götürəcək.

Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.

Qeyd edək ki, yaxın günlərdə Avropa çempionatının biletləri “Iticket” şirkəti vasitəsilə satışa çıxarılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
16
baku.news

10Mənbələr