AZ

“Ruhumuzun səsi” adlı konsert proqramı keçirilib - FOTOLAR

Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olundu. Musiqili gecə Azərbaycan Dövlət  Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə keçirildi.

Avtosfer.az xəbər verir ki, konsertdə tanınmış simalar, sənətkarlar və təhsil işçiləri də iştirak edirdi.

ADMİU nəzdində Humanitar Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirdi ki, sözügedən təhsil müəssisəsinin  yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib.

 “Bu dəfə isə tamam fərqli bir musiqili gecənin şahidi olacağıq. Çünki həmişəki tədris proqramından bir qədər kənara çıxmışıq. Çalışmışıq ki, klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçılarımızın ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıraq. Təbii, əsas məqsədimiz isə bura gələn hər kəsin qəlbinin musiqisini ifa etməklə zala toplaşanlara daxili bir hüzur bəxş edə bilməkdi. Qoy, bu gecə ifa edilən  nəğmələr bizi dünəndə qalanlardan, gündəlik qayğılardan, rəqəmsal dünyadan bir saatlıq da olsa uzaqlaşdırıb, mənən təmizləsin və öz-özümüzlə baş-başa qalmağımıza yardımçı olsun. Bir sözlə, bu axşam ruhumuzun səsini birlikdə dinləyək.”

Tədbirdə kollecin müəllim və tələbələrinin ifasında "Bu dünya", "Mən sənin yanına qışda gələrdim", "Məhəbbət", "Etməzmidim", "Sən uzaq yaşıl ada", "İncə bellim", "Məhəbbət", "Bura Vətəndir",  "You are the reason", "Almost is never enough", "Flamenco" və s. kimi Azərbaycan və  xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirildi. Musiqiçilər tamaşaçılara müxtəlif musiqi alətlərinin qarışığından ibarət mükəmməl improvizələr təqdim etdilər.

Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin "Dekorativ - tətbiqi incəsənət" və "Təsviri sənət" fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olundu.

Qeyd edək ki, Humanitar Kollec 86 ildir fəaliyyət göstərir və  ölkəmizə ziyalılar, sənət dünyasına tanınmış simalar - Respublikanın əməkdar və xalq artistlərini - bəxş edib.

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
5
avtosfer.az

9Mənbələr