AZ

Kristen Stüart yenidən vampir roluna qayıdır - FOTO

“Twilight” filmində rolu ilə səs salan Kristen Stüart yenidən vampir rolunda oynamaq üçün qayıdır.

Məlumata görə, ulduz rejissor Panos Kosmatosun “Flesh of the Gods” adlı vampir trillerində baş rolda çəkiləcək.

Filmdəki hadisələr 1980-ci illərdə Los-Ancelesdə baş verir. Burada cütlük Raul (Oskar Ayzek) və Aleks (Kristen Stüart) hər axşam dəbdəbəli mənzillərini tərk edərək şəhərə əylənməyə gedirlər. Belə gecələrin birində onların yolları “Adsız” kimi tanınan sirli biri ilə kəsişir. Bundan sonra məftunedici, sürreal bir dünyada macəralar başlayır.

Qeyd edək ki, 2008-ci il istehsalı olan “Alatoran” filmində əsas hadisələr tələbə Bella Svonla qrup yoldaşı Edvard Kallenin (vampir) romantik münasibətlərindən, həmçinin vampir Kallenlər ailəsinin Bellanı ovçu vampirlərdən qoruması ətrafında cərəyan edir.

Mənbə: IndieWire

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
135
2
Mənbələr
Şərh ()
Bağla