AZ

Renat Dadaşovun baş məşqçisi bəlli oldu

Millimizin üzvü Renat Dadaşovun da formasını geyindiyi “Hatayspor”un yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, komanda Özhan Pulata tapşırılıb. Onunla cari mövsümün sonunadək müqavilə imzalanıb.

Həmçinin kluba yeni idman direktoru da təyin olunub. Bu vəzifəni “Qəbələ”nin sabiq baş məşqçisi Fatih Kavlak icra edəcək.

“Hatayspor” hazırda Superliqada 33 xalla 18-ci pillədə qərarlaşıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
4
idmanxeber.az

6Mənbələr