Fransanın iqtisadiyyat naziri Bruno Le Mer dünən Parisdə velosipedçini vurub. Yeniavaz.com xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb. “Mayın 3-də axşam yerli vaxtla saat 19.30 radələrində iqtisadiyyat naziri Bruno Le Mer Parisdə velosipedçini vurub. Velosipedçinin svetoforun qırmızı işığında keçdiyi iddia edilir”, - nəşr mənbələrə istinadla xəbər verib. Velosipedçi xəstəxanaya aparılıb. Nazirin isə xəsarət almadığı bildirilir. Digər tərəfdən, nazir qanında alkoqol və narkotik miqdarını müəyyən edən testdən keçirilib və testin nəticələri mənfi qiymətləndirilib.