AZ

Premyer Liqa: “Qarabağ” “Neftçi”yə “5” verdi

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşması milli çempionatımızın daimi iki iştirakçısı – “Qarabağ”la “Neftçi” arasında baş tutub.

İnqilab Məmmədovun idarə etdiyi oyunda Ağdam klubu son turlardakı uğursuz gedişata son qoymağa çalışıb. “Neftçi” isə avrokuboklara vəsiqə qazanmaq üçün əzəli rəqibini məğlub etmək məcburiyyətindəydi. 73 xalı olan “Qarabağ” çempionluğu hələ bir neçə tur öncə təmin etmişdi. “Neftçi” isə 50 xalla üçüncü sıradaydı.

“Qarabağ” və “Neftçi” daha öncə çempionatda 94 oyunda üz-üzə gəlmişdilər. Ağdam klubu 40, paytaxt təmsilçisi 23 qələbə qazanmışdısa, 31 görüş bərabərliklə bitmişdi. “Neftçi” son 11 görüşdə qələbə qazanmamışdı. “Qarabağ” ardıcıl 4 qarşılaşmada qalib gəlmişdi.

Bu görüşdə də Ağdam klubu sevinən tərəf olub. Qurban Qurbanovun çalışdırdığı kollektiv əzəli rəqibə 5 cavabsız qolla qalib gəlib.

Premyer Liqa
33-cü tur
4 may

“Qarabağ” – “Neftçi” 5:0
Qollar: Nəriman Axundzadə, 12; 77. Toral Bayramov, 41. Leandro Andrade, 66. Abdullah Zubir, 85.
Qırmızı vərəqə: Yuri Matias, 78.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Bakı. “Azersun Arena”, 19:30.

Qarabağ: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 66. Patrik Andrade, 7. Yassin Benzya, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno.
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 82. Rüfət Abbasov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 23. Ataa Caber, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Miodraq Bojoviç.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
10
Mənbələr
Şərh ()
Bağla