AZ

Real Madrid” 36-cı dəfə İspaniya çempionu oldu - YENİLƏNİB

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.Beləliklə, “Real Madrid” sona dörd tur qalmış çempionluğu təmin edib.Doğma meydanda “Kadis” klubuna üç cavabsız qolla qalib gələn “Kral klubu” “Barselona”nın səfərdə “Jirona”ya uduzmasından (2:4) sonra qızıl medalları rəsmiləşdirib.Bu, Madrid təmsilçisinin 36-cı La Liqa çempionluğu olub.Qeyd edək ki, hazırda ilk pillədəki “Real Madrid”in 87 xalı var. İkinci sırada 74 xalla “Jirona” qərarlaşıb. İlk “üçlüy”ü isə 73 xalı olan “Barselona” tamamlayır.Mənbə: Marca20:48İspaniya La Liqasında 34-cü tura start verilib.Adalet.az xəbər verir ki, günün maraqlı görüşündə “Real Madrid” “Kadiz”lə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsində komandalar çox çalışsalar da, hesab açılmayıb.İkinci hissəyə daha fəal başlayan “Kral” klubu nəhayət ki, istəyinə çatıb. Brahim Diaz 51-ci dəqiqədə sükutu pozub. Hücumlarını daha da artıran meydan sahibləri yenidən rəqibi meydanın mərkəzinə dəvət ediblər. 68-ci dəqiqədə ingiltərəli ulduz Cud Bellingem fərqi artırıb - 2:0. Görüşdə son nöqtəni isə əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə Xoselu qoyub - 3:0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
156
7
adalet.az

10Mənbələr