AZ

Almaniyada iki siyasətçiyə hücum edildi

Almaniyada sol-liberal yaşıl siyasi partiyası sıralarından iki siyasətçi hücuma məruz qalıb.

Publika.az "Tagesshau"ya istinadla xəbər verir ki, fövqəladə hadisə Essendə bir partiya tədbirindən sonra baş verib.

Zərərçəkmişlərdən biri Rolf Fliessin sözlərinə görə, bir qrup şəxs restoranın qarşısında onlara yaxınlaşaraq selfi çəkdirmələrini istəyib. Əvvəlcə mehriban ab-hava yaransa da, yaxınlaşanlardan biri siyasətçilərə qurşaqdan aşağı təhqirlər yağdıraraq onları “yaşıl faşist” adlandırıb və üzlərinə vurub.

Qeyd edildib kimi, hadisə nəticəsində siyasətçilərdən biri yüngül xəsarət alıb. Eyni zamanda Flays Essen şəhər şurasının sədr müavinidir.

Qeyd olunur ki, polis hücumun siyasi motivli olduğundan şübhələnir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
2
publika.az

3Mənbələr