AZ

Premyer Liqada 2 oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha iki oyunu keçiriləcək.   Manset.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Qarşılaşma saat 16:30-da start götürəcək. Meydan sahiblər 42 xalla 7-ci, paytaxt klubu 49 xalla 4-cü pillədə qərarlaşıb. Günün ikinci görüşündə "Araz-Naxçıvan"la "Sabah" komandaları üz-üzə gələcəklər. Naxçıvan təmsilçisi 35 xalla 9-cu, qonaqlar 49 xalla 5-ci sıradadır. Azərbaycan Premyer Liqası XXXIII tur 16:30. Turan Tovuz” – “Zirə” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Mübariz Hüseynov Tovuz şəhər stadionu 19:00. “Araz-Naxçıvan” –“ Sabah” Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Bəhram Qurbanov “Liv Bona Dea Arena”

Qeyd edək ki, ötən gün "Sumqayıt" "Kəpəz"lə heç-heçə edib - 1:0. "Qarabağ" isə "Neftçi"ni beş cavabsız qolla üstələyib. Tura mayın 6-da "Səbail" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
222
8
Mənbələr
Şərh ()
Bağla