AZ

Avropanın Çinə ehtiyacı var-Makron

Avropa ölkələrinə təhlükəsizlik və iqlim dəyişikliyi də daxil olmaqla qlobal problemləri həll etmək üçün Çin lazımdır.

“İki sahil” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “La Tribune” nəşrinə müsahibəsində deyib.

“İstər iqlim, istərsə də təhlükəsizlik məsələlərində Çinə ehtiyacımız var. Fransa və Avropanın rolu Çini bu mühüm məsələlər üzrə beynəlxalq müzakirələrə cəlb etməyə imkan verən balanslaşdırıcı qüvvə olmaqdır”, - deyə o vurğulayıb.

İqtisadiyyata gəlincə, bu məsələdə Makron Çinlə əməkdaşlığı davam etdirərək Avropa suverenliyinin gücləndirilməsinin tərəfdarı olub.

“Mən Çindən uzaq durmağı təklif etmirəm. Bununla belə, mən hesab edirəm ki, biz milli təhlükəsizliyimizi və suverenliyimizi qorumaq üçün daha yaxşı iş görməliyik”.

Onun fikrincə, Avropa öz maraqlarını müdafiə edərək, hadisələrə real baxmalıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
230
10
Mənbələr
Şərh ()
Bağla