AZ

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulacaq.

"Report" xəbər verir ki, turnirin sonuncu günündə böyüklər arasında fərdi və qrup hərəkətləri proqramında qaliblər müəyyənləşəcək.

Azərbaycan təmsilçisi Zöhrə Ağamirova halqa, top və lentlə çıxış edəcək. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv isə üç lent və iki top, həmçinin beş halqa ilə yarışda bacarıqlarını nümayiş etdirəcək.

Gənclər arasında final mərhələsində Gövhər İbrahimova halqa, İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə çıxışda qüvvələrini sınayacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
21
demokrat.az

10Mənbələr