AZ

“Yurqorden” Musasız qalib gəldi

Azərbaycanlı futbolçu Musa Qurbanlının komandası İsveç çempionatında növbəti oyununu keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, "Yurqorden" səfərdə "Vasteras"a 2:0 hesabı ilə qalib gəlib.

Musa 7-ci tur çərçivəsində keçirilən qarşılaşmada meydana çıxmayıb. Onun adı iştirak ərizəsinə daxil edilsə də, forma geyinmək şansı qazanmayıb.

Qeyd edək ki, bu qələbədən sonra Qurbanlının komandası 13 xalla 2-ci pilləyə yüksəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
2
milli.az

3Mənbələr