AZ

Çexiya Rusiyadakı səfirini geri çağırıb

Çexiya hökuməti 2022-ci ilin sonunda Praqaya qayıdan respublikanın Rusiyadakı səfiri Vitezslav Pivonkanı vətəninə rəsmən geri çağırıb.

Bu barədə Çexiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayılıb.

Çexiya Xarici İşlər Nazirliyi bildirib ki, Pivonka mayın sonunda səfir postunu tərk edəcək.

Qeyd edək ki, Pivonka Praqaya getdikdən sonra Çexiyanın Rusiya Federasiyasındakı səfirliyinə faktiki olaraq müvəqqəti işlər vəkili Yan Ondreyka rəhbərlik edir. Çexiya hakimiyyəti Moskvaya yeni səfir göndərməyi planlaşdırmır, çünki Praqa ilə Kreml arasında münasibətlər son illərdə xeyli pisləşib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
13
azxeber.com

10Mənbələr