AZ

Renat Dadaşovun komandası yenə qələbəyə həsrət qaldı - Video

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 35-ci turu çərçivəsində “Qaziantep”lə qarşılaşıb.

“Hatayspor” bu rəqiblə səfərdə baş tutan oyundan heç-heçə ilə ayrılıb – 1:1. 11-ci dəqiqədə məğlub duruma düşən hataylılar cəmi 4 dəqiqə sonra bərabərlik qoluna imza atıblar. Qalan dəqiqələrdə bu hesab dəyişməz qalıb.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 5 qol vurmuş millimizin hücumçusu bu dəfə sonadək ehtiyatda qalıb.

“Hatayspor” 35 turdan sonra 34 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 35 oyunda 7 qələbə qazanıb, 13 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 29 oyun keçirib və 5 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
arena.az

2Mənbələr