AZ

Almaniya çempionatında azarkeşlərlə polis arasında kütləvi dava –155 ASAYİŞ KEŞİKÇİSİ XƏSARƏT ALDI

Almaniya Regional Liqasının “Dinamo” (Berlin) və “Energi” (Kotbus) matçı azarkeşlərlə polis arasında kütləvi dava ilə başa çatıb, nəticədə 74 nəfər həbs edilib, 155 polis yaralanıb.

 

Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə edib, həmçinin itlərin köməyi ilə azarkeşləri sakitləşdirməyə çalışıblar. 

 

Matç birinci hissədə 20 dəqiqəlik dayandırılıb. “Dinamo” və “Energi” derbisi Almaniyada təhlükəli oyun hesab olunur.

 

“Energi”nin məşqçisi oyundan sonra tribunadan ona daşların atılmasından şikayət edib. O, 2024-cü ildə bu cür təcavüzü ağlasığmaz adlandırıb.

 

Oyun “Energie”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
2
senzor.az

3Mənbələr