AZ

“Sumqayıt” heç-heçə rekordunu təkrarlayıb

“Sumqayıt”

Bakı, 6 may, AZƏRTAC

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümündə 12-ci heç-heçəsini edib.

AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi bununla da öz rekordunu təkrarlayıb. 2015-2016-cı illər mövsümündə də sumqayıtlılar 12 sülhə imza atıblar.

Ölkə çempionatları tarixinin rekordu isə 14-ə bərabərdir. Buna üç dəfə təsadüf olunub. “Neftçi” 2009-2010-cu, “Bakı” 2012-2013-cü, “Zirə” 2020-2021-ci illər mövsümündə 14 dəfə bir xal qazanıb.

Qeyd edək ki, “Sumqayıt” XXXIII turun “Kəpəz”lə səfər görüşündə bərabərliklə kifayətlənib – 1:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
12
azertag.az

10Mənbələr