AZ

®“Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı və Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin, Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial xeyriyyə aksiyası keçirilib.

Sosial tibbi aksiya iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyub, xatirəsini ehtiramla anıblar. İştirakçılar Heydər Əliyev Muzeyini ziyarət edib və Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan Mərkəzi Xəstəxanasında keçirilən tədbirin açılış hissəsində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim, tibb xidməti general-mayoru Ceyhun Məmmədov, rəis müavini, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev, Naxçıvan Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüqar Əliyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, tibb elmləri doktoru, Əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Naxçıvan MR Səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Samiq Sadıxov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının həkimləri, tibb işçiləri və digər rəsmi qonaqlar iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə və Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilmiş “Naxçıvan sağlamlıq günləri” çərçivəsində şəhid və qazi ailələrinin üzvləri üçün keçirilən sosial tibbi aksiyanın əhəmiyyətindən danışaraq qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun yüksəkixtisaslı mütəxəssislərdən ibarət tibbi briqada bir gün ərzində müraciət edən şəhid və qazi ailələrinin üzvlərinə yüksək səviyyədə tibbi xidmətlər göstərəcəklər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov üç gün davam edən xeyriyyə aksiyası barədə bəhs edib: “Respublikanın aparıcı mütəxəssislərindən ibarət heyətlə xüsusi qayğıya ehtiyacı olan insanlara tibbi xidmət göstərmək, bununla yanaşı elmi konfrans həyata keçirərək dünya, eləcə də ölkəmiz üçün aktual və tibbin ən innovativ sahələrindən biri olan orqan çatışmazlığından əziyyət çəkən insanlarda orqan transplantasiyasının həyata keçirilməsi metodları, həmin əməliyyatların icrası üçün beyin ölümü diaqnozunun qoyulması mövzusu yerli və xarici ölkələrdən dəvət olunmuş ekspertlərlə birgə müzakirə olundu. Hesab edirəm ki, aparılan müzakirələr ölkəmizdə bütün sahələrdə aparılan islahatlar kimi sosial sahənin ən vacib elementi sayılan səhiyyə sahəsindəki islahatlara kiçik də olsa, bir töhfədir. Həyata keçirilən xeyriyyə aksiyaları bir daha ölkəmizin bütün vətəndaşlarının, eləcə də Azərbaycan səhiyyə işçilərinin qazi və şəhid ailələrinin yanında olmasını göstərən əyani sübutdur”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının və hospitalın rəsmi tərəfdaşı olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun həkimləri “Naxçıvan sağlamlıq günləri” çərçivəsində 300-ə yaxın şəhid və qazi ailələrinin üzvlərinə tibbi xidmət göstəriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
2
azertag.az

3Mənbələr