AZ

Bu xəstəliyi olanlar qazlı içkilərdən uzaq durmalıdır -

Qazlı içkilər insan orqanizmində bir çox xəstəliklərin yaranmasına səbəb olur.
Bunu Metbuat.az-a açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. O bildirib ki, bu içkilər 25 yaşa qədər olan insanlara daha çox zəzər verir:"Bu da onunla əlaqəlidir ki, o yaşa qədər inkişaf prosesi gedir. Qazlı içkilərin tərkibində "natrium benzoat" maddəsi var. Bu boya maddəsi meyvə şirələrinin tərkibindəki C vitamini ilə reaksiyaya girərək, ölümcül xəstəliklərin yaranmasına səbəb olur. Digər problemlərdən biri isə ürək damar xəstəliklərinin əmələ gəlməsidir. Həmçinin, qazlı içkilərin tərkibində olan kofein həm aqressivliyə, həm də əsəbiliyə səbəb olur. Həmin insanlarda da aritmiya başlayır. Eyni zamanda, tərkibində həddindən artıq çox şəkər olduğu üçün, şəkər balansı pozulur və piylənməyə səbəb olur".Məhsəti Hüseynova qeyd edib ki, içkilərin plastik qablarda yerləşməsi də bir çox problemlərə yol açır:"Otaqda 20 dərəcədən yuxarı istilik varsa, plastikin tərkibində olan "Bisfenol A" həmin içkinin tərkibinə keçir. Bu da birbaşa olaraq orqanizmə təsir edir. Həmin qazlı içkilərin tərkibindəki maddələrlə reaksiyaya girərək xərçəngin yaranmasına səbəb olur. Başqa bir zərəri isə diş sağlamlığınadır. Çünki, qəbul olunan şəkər və kimyəvi qatqı maddələri birbaşa olaraq diş çürüməsinə, kariyesə səbəb olur.Çox qazlı içki istifadə edən insanların orqanizimində minerallar yuyulub gedir. Kalsium əriməsi baş verir. Bu, oynaqlarda sümük-skelet quruluşunun pozulmasına gətirib çıxarır. Tərkibində fosfor turşusu da var ki, böyrəklərdə daşların yaranmasına səbəb olur". Seyranə Quliyeva / Metbuat.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
76
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
43816
Abdullahianın cəsədi tapıldı - FOTO
31623
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
25373
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24736
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20088
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17550
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15143
Helikopterin qalıqları tapılıb
11729
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11710
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8119
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7627
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6959
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6884
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5906
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5317
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4530
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4454
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3960