AZ

Sanksiyalar Türkiyə ilə Rusiya arasında ticarətə ciddi zərbə vurdu


Sanksiyalar Türkiyə ilə Rusiya arasındakı xarici ticarətə də mənfi təsir göstərib.

Ednews sozcu.com.tr-ə istinadən xəbər verir ki, ABŞ sanksiyaları Rusiyanın ticarət sistemini hədəf alarkən, Rusiyanın Türkiyə və Çin kimi əsas tərəfdaşlarla ticarət həcmi kəskin şəkildə azalıb.

ABŞ-ın Rusiya ilə ticarəti maliyyələşdirən banklara təzyiqi pulun Rusiyaya daxil olub-olmamasını xeyli çətinləşdirib. Ekspertlərin fikrincə, ABŞ-ın ötən ilin sonlarında verdiyi sərəncamlar bankları əməliyyatlar aparmaqdan çəkinməyə sövq edib.

Financial Times-ın məlumatına görə, sanksiyalardan sonra bu ilin birinci rübündə Moskvanın Türkiyə və Çin kimi əsas tərəfdaşları ilə ticarət həcmi azalıb.

Sanksiyalar ucbatından hətta müharibə ilə bağlı olmayan maliyyə əməliyyatları da kifayət qədər çətinləşib. Rusiya ilə maliyyə əməliyyatları üçün valyuta konvertasiyası və komissiya xərcləri də artıb.

Digər tərəfdən, sanksiyalar Türkiyə-Rusiya ticarətinə də zərbə vurdu. Rusiya-Ukrayna müharibəsindən sonra Türkiyənin Rusiya ilə ticarət həcmi artsa da, sanksiyaların tətbiqindən sonra Türkiyənin ixracı kəskin şəkildə azalıb.

Türkiyənin Rusiya və beş keçmiş Sovet ölkəsinə “yüksək prioritet” mallarının ixracı müharibədən sonra 2023-cü ildə 5 dəfə artıb.

Bu ilin birinci rübündə Türkiyənin Rusiyaya ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə üçdə bir azalaraq 2,1 milyard dollara düşüb.

Türkiyənin Rusiya və qonşu ölkələrə yüksək prioritetli mal ixracatının dəyəri 2024-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə yüzdə 40 azalaraq 93 milyon dollara düşüb.

 

Xəyal Ramiz 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
50
Mənbələr
Şərh ()
Bağla