AZ

İstanbulda ən yaxşısına ümid edirik - Aleksandr Tarakanov

Bakı. Trend:

Güləşçilərim çox yaxşı formadadırlar.

Trend xəbər verir ki, bunuİdman.biz-əyunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi AleksandrTarakanov deyib.

Təcrübəli mütəxəssis mayın 9-12-də İstanbulda keçiriləcək DünyaOlimpiya Təsnifat Turnirinə hazırlıqların yüksək səviyyədə davametdiyini bildirib. Onun sözlərinə görə, Türkiyədə komandadan çoxulisenziya qazanacaq: “Ən yaxşısına ümid edirik. Ona görə hər biriçox yaxşı hazırlaşıb və vəsiqə almaq əzmindədirlər. Həm texniki,həm də fiziki olaraq yaxşı təlim-məşq toplanışları keçmişik. Ənyüksək nəticəyə köklənmişik”.

Tarakanov bildirib ki, son lisenziya yarışı olduğu üçün gərginmübarizə gedəcək: “Güləşçilərimiz zəif deyillər. Onlar qələbəyə vəlisenziyaları almağa hazırlaşırlar. Gördüyümüz işə görə ən yaxşınəticəni gözləyirik. Necə deyərlər, biz ümid edirik, Allah qərarverir. Heyətdə müəyyən dəyişikliklər etmişik. Sınaq görüşlərikeçirmişik. Bu qarşılaşmalara əsasən də komanda təşkil etmişik.Onların hər biri yaxşı formadadırlar”.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz aktivində 2lisenziya olduğundan İstanbulda 4 güləşçi ilə təmsil olunacaq.Paris-2024-ə vəsiqələr uğrunda Murad Məmmədov (60 kq), RafiqHüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq)mübarizə aparacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
az.trend.az

2Mənbələr