AZ

Peskov: “Qərb NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyir”

Qeyri-strateji nüvə silahı ilə keçiriləcək təlimlər Qərbin Ukraynaya qoşun göndərməyə hazır olması bəyanatları ilə bağlıdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

O qeyd edib ki, söhbət Fransa Prezidenti Makronun, Böyük Britaniya və ABŞ nümayəndələrinin bəyanatlarından gedir. Onlar Ukraynaya hərbi kontingent göndərmək niyyətlərini ifadə ediblər. 
“NATO əsgərlərini Rusiya hərbçiləri ilə qarşı-qarşıya gətirmək istəyirlər”, - deyə Peskov bildirib. 

Onun sözlərinə görə, bu, gərginliyin artırılmasının yeni mərhələsidir və indiyədək görünməmiş xüsusi diqqət və əlahiddə tədbirlər tələb edir”. 

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
3
bizim.media

4Mənbələr