AZ

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi (YENİLƏNİB)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.

Milliyol.az xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.

10.17

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı marafonu 2024”ə start verilib.

Yeddinci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır.

Marafonda 200-dən çox fəxri qonaq, altı mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var.

"Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, "Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12771
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9695
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8815
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2621
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2266
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2035
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1892
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1731
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1318
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1238
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
820
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
573
Arda Gülər dayanmır, yenə fərqləndi -
524
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
521
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
474
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
449
Arda dubl etdi - VİDEO
425
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
424