AZ

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Kimya fakültəsinin I kurs tələbələri üçün “İmtahan stresinin idarə olunması” adlı təlim keçirilib.
 
Təlim zamanı tələbələrə stresin həyatımıza təsiri, idarə olunması yolları, stres reaksiyaları, imtahan stresinə səbəb olan faktorlar haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, gündəlik həyatımızda stres müxtəlif faktorlarla bağlı meydana çıxa bilər.
 
Təlimdə iştirakçılara stres zamanı istifadə edilə biləcək effektiv və düzgün nəfəs, proqressiv əzələ rahatlama texnikaları göstərilib.
 
Sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
moderator.az

2Mənbələr